Syerra-Leonedə Böyük Britaniya hərbi qulluqçusu Ebola virusuna yoluxub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, onun vətəninə dönməsi və yaxud Syerra-Leonedə qalaraq müalicə olunması bəlli deyil.
Qeyd edək ki, bu, Ebola virusuna yoluxan sayca üçüncü Böyük Britaniya vətəndaşıdır. Bundan əvvəl iki britaniyalı qadın xəstəlikdən tam sağalmışdılar.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin