Böyük Britaniyanın Mühafizəkar partiyası iyunun 8-də keçirilən təcili seçkilər nəticəsində parlament çoxluğundan məhrum oldular.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 650 seçki məntəqəsindən 633 məntəqədə səsvermənin yekunları açıqlanıb.
Baş nazir Tereza Meyin partiyası 308 deputat mandatı qazanıb.
İndiyə qədər 17 seçki məntəqəsində səsvermənin yekunları açıqlanmayıb. Amma hətta həmin seçki məntəqələrində mühafizəkarlar qalib gələrsə, onlar hökuməti təşkil etmək üçün lazım olan 326 yeri qazana bilməyəcəklər.
S.S.
www.oxu.az