Böyük Britaniyanın mənzil tikintisi işləri üzrə eks-naziri, ədliyyə nazirinin sabiq müavini Dimonok Raab ölkənin Brexit işləri üzrə yeni naziri təyin edilib.
Oxu.Az bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir.
Dominik Raabın namizədliyini Böyük Britaniya kraliçası təsdiqləyib.
44 yaşlı Raab hökumətdəki ən məsuliyyətli vəzifəyə təyin edilib. Tapşırıqlara əsasən, Böyük Britaniyanın 2019-cu ilin martın 29-dək Avropa Birliyindən çıxmalıdır.
08:58
Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Devid Devis nazir postundan istefa verib”.
64 yaşlı Devid Devis 2016-cı ilin iyulunda “Brexit” məsələləri üzrə nazir təyin edilib.
O, Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlara rəhbərlik edib.