Böyük Britaniya sularında Rusiya hərbi gəmisi aşkar edilib.
Oxu.Az bu barədə "Mirror" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Rusiya "Vitse-admiral Kulakov" esminesi La-Manş boğazından keçərkən Britaniyanın "HMC Duncan" gəmisi tərəfindən izlənilib.
Onun hərəkəti 48 saat ərzində nəzarət altında saxlanılıb.
Qeyd edilir ki, ilk dəfə olaraq Britaniya gəmisi Londonun deyil, NATO-nun birbaşa əmri ilə hərəkət edib.