Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Brüssel hava limanında fevralın 13-nə olan bütün uçuşlar LƏĞV EDİLDİ](https://images.oxu.az/2025/02/11/HjHcfd2AKQpGZVkeUKF1hICkPjKjt2ketZEvPgEo:1200.jpg)
Brüssel hava limanında fevralın 13-nə olan bütün uçuşlar LƏĞV EDİLDİ
Belçikanın paytaxtı Brüsselin hava limanında fevralın 13-nə planlaşdırılan bütün reyslər işçilərin tətili səbəbindən ləğv edilib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Brüssel hava limanından məlumat verilib.
Məlumata görə, 13 fevralda bütün həmkarlar ittifaqlarının birgə çağırışı ilə ölkə miqyasında tətil keçiriləcək, hava limanında çalışan təhlükəsizlik və baqaj işçiləri də bu tətilə qatılacaqlar.
"Sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək məqsədilə aviaşirkətlərlə məsləhətləşərək həmin gün gediş istiqamətində hər hansı uçuş həyata keçirməməyi qərara aldıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Belçikada ölkə miqyasında tətil fevralın 13-də keçiriləcək.
"Brüssel" teqi üzrə xəbərlər
- Brüssel metropolitenində atışma baş verib
- Gürcüstan parlamentinin sədri Brüsseli riyakarlıqda ittiham etdi
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Brüsseldə Yeni il gecəsi onlarla avtomobil yandırıldı: Yüzdən çox saxlanılan var
- Azərbaycan-Ermənistan münasibətləri 2024-cü ildə: İkitərəfli uğurlar, Qərbin müdaxilə cəhdləri
Rəylər