Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Brüssel Macarıstanı hədələdi: “Sənin silahın varsa, bizim də…”
“Brüssel və Budapeşt arasında Aİ-nin Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro həcmində makromaliyyə yardımı ayırması ilə bağlı mübahisə böyüyür”.
Bu barədə “Financial Times” nəşrində yazı dərc olunub.
Yazıda bildirilib ki, Aİ sammitində Budapeşt Ukraynanın maliyyələşdirilməsinə veto qoyacağı təqdirdə Aİ səlahiyyətliləri Macarıstan iqtisadiyyatına zərər vurmağa hazırdır.
“Brüssel strategiya işləyib hazırlayıb ki, Budapeşt Kiyevə yardıma vetosunu ləğv etməkdən imtina edərsə, bu strategiya Macarıstan iqtisadiyyatının zəif nöqtələrini hədəf alacaq, onun valyutasını sarsıdacaq və investorların inamını məhv edəcək, bu da “iş yerləri və iqtisadi artıma” zərər vuracaq”, - deyə nəşr Aİ-nin hazırladığı sənədə istinadən bildirib.
“Bu yolla da Avropa Viktor Orbana deyir ki, bu, son həddir. Artıq ümumi sıralara qoşulmağın vaxtıdır. Sənin tapançan ola bilər, amma bizim “bazuka”mız var”, - deyə “Eurasia Group” konsaltinq firmasının Avropa üzrə rəhbəri Madjtaba Rahman planın məğzini izah edib.
Xatırladaq ki, 2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ-nin sonuncu sammitində Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsində Kiyevə 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb.
"Aİ" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Rəylər