Brüsselin beynəlxalq hava limanında daha bir partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti yerli telekanallar istinadən xəbər verir.
Polis hücum edən şəxslərin birinin cəsədinin yanında Kalaşnikov avtomatı tapıb.
17:09
Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfər çatıb.
Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən “Kalaşnikov” markalı silah tapılıb.
16:50
Brüsseldəki terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, bu barədə terror qruplaşmasına yaxın olan “Amak” informasiya agentliyi məlumat yayıb.
İŞİD təmsilçiləri öz açıqlamalarında bu teraktların təffərrüatlarını nəinki gizlətməyiblər, əksinə Avropanı yeni terror aktları ilə hədələyiblər.
15:36
Brüsselin STIB ictimai nəqliyyat opretorunun nümayəndəsi Malbek metro stansiyasında ölən və yaralananların sayını dəqiqləşdirib.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə əsasən, onun verdiyi məlumata görə, metroda baş verən partlayış zamanı 15 nəfər ölüb, daha 55 nəfər isə yaralanıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
Brüssel hava limanında isə ölənlərin sayının 13- çatdığı bildirilir.
Həmçinin Belçikanın RTBF telekanalı məlumat verib ki, Brüssel küçələrində daha bir partlayış baş verib. Ehtimal olunur ki, partlayış istehkamçıların ehtiyatsızlığından baş verib.
14:34
Belçika Fransa ilə sərhədlərini bağladı və ölkənin nüvə obyektlərinin təhlükəsizliyini gücləndirdi, yerli KİV xəbər verir.
13:25
Son məlumata görə, Belçikanın paytaxtı Brüsseldə metrostansiyada baş verən partlayış nəticəsində ən az 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.
13:30
Brüsselin Beynəlxalq Hava limanında verən 2 partlayış terror aktıdır.
Oxu.Az-ın RIA Novosti-yəyə istinadən verdiyi məlumata görə, bu barədə Belçika hökuməti açıqlama yayıb. Həmçinin partlayışın baş verdiyi hava limanında daha bir partlayıcı qurğunun işə salınmadan aşkarlandığı deyilir.
Brüsseldə Şuman adlı daha bir metro stansiyasında partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.
13:15
“Brüsseldə dörddüncü antiterror hazırlıq səviyyəsi elan olunub. Bu isə o deməkdir ki, şəhərdə metrolar, təhsil müəssisələri, insanların çox olduğu yerlər bağlanacaq”, - RTBF telekanalı məlumat verir.
Şəhərdə mobil əlaqə rabitəsində nasazlıqlar var, partlayış xəbərlərindən sonra şəbəkə həddən artıq yüklənib.
Həmçinin xəbər verilir ki, Brüsselin daha bir metro stansiyasında partlayış baş verib.
12:47
Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb.
Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də, yaralıların olduğu deyilir.
Hazırda metrodakı insanlar evakuasiya edilir.
12:11
Belçikanın paytaxtı Brüsseldə hava limanında baş verən iki partlayış zamanı 11 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, aeroportu fəaliyyəti tam dayandırılıb, bütün reyslər təxirə salınıb.
Partlayışlardan sonra hava limanı ilə dəmir yolu əlaqəsi kəsilib.
Partlayışın səbəbləri hələ ki, məlum deyil.
#BREAKING: Two loud explosions at #Zaventem airport in #Brussels pic.twitter.com/JFw9RGLjnh
— Anna Ahronheim (@AAhronheim) 22 марта 2016 г.
Fumée métro maelbeeck #bruxelles @RTBFinfo pic.twitter.com/YVRVh2wwXa
— JF (@jfbxl) 22 марта 2016 г.