Kanadada odlu silahlarla bağlı qanunlar sərtləşdiriləcək.
CTV telekanalı xəbər verir ki, bu qərar Yeni Şotlandiya əyalətində 18 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra qəbul edilib.
Kanadanın Baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib.
“Deyə bilərəm ki, ölkə daxilində odlu silahın gəzdirilməsini qadağan edən qanun təqdim etməyin bir addımlığında idik, amma koronavirus epidemiyası nəticəsində parlamentin fəaliyyəti dayandırıldığı üçün bunu başa çatdırmadıq... Ancaq parlament işə qayıdan kimi bununla bağlı tədbir görüləcək”, - deyə nazir bildirib.
Eyni zamanda, ölkənin İctimai Təhlükəsizlik naziri Bill Bler açıqlama verərək, hökumətin döyüş silahlarını qadağan edən qayda və qanunlar irəli sürməyi planlaşdırdığını deyib.