Rusiyanın Sankt-Peterburq şəhərində silahlı şəxs aptekə basqın edib.
Nakanune.ru xəbər verir ki, quldur əczaçıdan pul tələb edib, lakin qadın anbara qaçaraq gizlənməyə müvəffəq olub. Bundan sonra “çağırılmamış qonaq” apteki tərk edib.
Bundan başqa, aprel başlayandan Rusiyanın “mədəniyyət paytaxtı”nda yemək daşıyan kuryerlərə hücumlar qeydə alınıb. Polisin dərhal izinə düşdüyü həmin şəxslər saxlanılıb.
Bu hadisələrdən sonra vilayətin Qanunverici Məclisinin deputatı Aleksey Tsivilyov hipermarketlərin və onların yaxınlığındakı dayanacaqların mühafizəsini gücləndirməyə çağırıb. O, fikrini yemək oğurlamaq məqsədilə insanlara hücum hallarının arta biləcəyi ilə əsaslandırıb.