Qazaxıstanın paytaxtında yanğınsöndürmə texnikaları dezinfeksiya işlərinə cəlb olunub.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, işə başlamazdan əvvəl küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.
Məlumata görə, gündəlik olaraq dezinfeksiya işlərində 500 nəfər iştirak edir. Bundan başqa, hərbçilər və çağırışçılar da bu işlərə cəlb olunub.
Ümumilikdə, Qazaxıstanda 568 yoluxma faktı qeydə alınıb. Koronavirusdan yeddi nəfər ölüb, 201 nəfər isə sağalıb.