Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru Rodriqo Rato evlərində və ofisində aparılmış silsilə axtarışlardan sonra azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat verir.
“Mən ədalət məhkəməsinə əminəm. İstintaq orqanları ilə fəal əməkdaşlıq etdim. Öz evimdəyəm, ailəmlə və azadlıqda”, Rato deyib.
09:28
Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş vitse-prezidenti Madriddə həbs olunub. Bu barədə EFE agentliyi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumata görə İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun keçmiş rəhbəri Rodriqo Rato evində aparılmış üç saatlıq axtarışdan sonra saxlanılıb.
Məlumatda deyilir ki, Rato pul yumaqda, dələduzluq və aktivlərinin gizlədilməsində şübhəli bilinir.
www.oxu.az