Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri barədə xəbərdarlıq edib.
O bildirib ki, qlobal iqtisadiyyat pandemiyadan sonra yenicə bərpa olunmağa başlayıb. Lakin müharibə nəticəsində yenidən geriyə atıla bilər.
“Ukraynadakı müharibə minlərlə insanın həyatına son qoyur və Ukrayna iqtisadiyyatına ciddi təsir göstərir. Müharibə və Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyaların çox böyük nəticələri var”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda qlobal iqtisadiyyat COVID-19 pandemiyasının dağıdıcı təsirindən sağalmağa başlayıb və bu yeni böhran irəliləyişlərin bir hissəsini heçə endirə bilər.
Mənbə: rbc.ua