Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

CAR-da 30-a yaxın məktəb dağılıb: Külək damları qoparıb, binaları uçurub
Afrikanın cənubuna soyuq hava gətirən güclü külək və leysan yağışlar nəticəsində Cənubi Afrika Respublikasında ən azı 29 məktəbə ziyan dəyib.
Məlumata görə, Qərbi Keyp əyalətində çoxlu binalar, o cümlədən 30-a yaxın məktəb qismən dağılıb.
Külək damları qoparıb, binaları uçurub.
Səlahiyyətlilər yaxın günlər ərzində küləkli hava şəraitinin davam edəcəyi üçün sakinlərə son dərəcə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Mənbə: TASS
Ən çox oxunanlar