ABŞ-ın Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını bəyan edib, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
Öz qərarə barədə o, Cənubi Karolinada respublikaçıların səsverməsinin yekunlarından sonra bildirib.
“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.
Siyasətçinin sözlərin görə, o, öz şirkati ilə qürur duyur.
Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.