Çeçenistan parlamenti ölkənin təhsil haqqında qanununa əlavələr edib, bu əlavəyə görə, şagirdlərin məktəbə ənənə və ya dininə müvafiq geyimlə gəlmək imkanı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə qanunverici orqanın regional mətbuat xidməti bildirib.
“Bu qanun layihəsi tədris təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması və şagirdlərin konstitusiya haqlarına riayət edilməsinə əsas olacaq”, - mətbuat xidməti parlamentin spikeri Məhəmməd Daudovun sözlərindən sitat gətirir.
N.О.
www.oxu.az