Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.
Bildirilir ki, hadisə yerli vaxtla saat 02:30 radələrində baş verib.
Döyüş zamanı altı yaraqlı məhv edilib. Rusiya Milli Antiterror Komitəsindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var.
S.B.
www.oxu.az