Çeçenistanda minalardan təmizləmə əməliyyatında iki sapyor ölüb. Hərbçilərdən ikisi aldıqları yaralardan xəstəxanada dünyasını dəyişib, daha bir hərbçi minanın partlaması nəticəsində yaralanıb.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir.
Partlayış Çeçenistanın Şatoysk rayonu ərazisində baş verib.
Üç hərbçi minaya düşüb. Yaralılar Vladiqafqazda yerləşən hospitala göndərilib. Ölənlərin kimliyi müəyyən edilib. Bu, leytenant D.Aleksandr və sıravi əsgər İ.Səid-Əhməddir.
N.О.
www.oxu.az