Rusiyanın Çeçenistan Respublikasının Açxoy-Martan kəndinin ərazisində yol patrul xidmətinin əməkdaşlarına bıçaqla hücum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hücum nəticəsində polis əməkdaşları bıçaq xəsarəti alıblar. Hücumu həyata keçirən şəxs atəşlə zərərsizləşdirilib. Hələlik hadisənin digər təfərrüatları məlum deyil.