Rusiyalı vəkil Aleksandr Nemov və “Novaya Qazeta”nın jurnalisti Yelena Milaşina Çeçenistanda hücuma məruz qalıblar.
Məlumata görə, onlar hava limanından çıxarkən silahlı şəxslər tərəfindən saxlanılıblar, qəddar şəkildə döyülüblər, sonra onları başlarına tapança dirəyərək ölümlə hədələyiblər.
Hazırda zərərçəkənlər xəstəxanadadırlar. Döyülməkdən əlavə, ayağından da bıçaqlanan Nemov çətinliklə hərəkət edir və danışır. Milaşina isə vaxtaşırı huşunu itirir; onun barmaqları sındırılıb, başı keçəl qırxılıb, başından aşağı “brilyant yaşılı” tökülüb.
Zərərçəkənlər hücum zamanı onlara: “Sizə xəbərdarlıq edildi, buradan gedin və heç nə yazmayın”, - deyildiyini bildiriblər.
Çeçenistanda silahlı şəxslər aeroporta hücum edib vəkili və jurnalisti ölümcül hala saldılar - FOTO/VİDEO
Məhkəmədə prokuror qadın üçün beş il yarımlıq müddətə azadlıqdan məhrumetmə istəyib və bu tələb təmin olunub. İstintaqın məlumatına görə, Musayeva 2022-ci ildə növbətçi hissənin yanında olarkən vətəndaşlara qarşı kobud, nalayiq ifadələr işlədib, aqressivlik nümayiş etdirib, insan ləyaqətini və ictimai əxlaqı təhqir edib. Materialda, həmçinin, Musayevanın ona xuliqanlıq faktı ilə bağlı inzibati protokol tərtib etmək istəyən sahə polisinə hücum etdiyi deyilir.
Zarema Musayevanın yaxınları ona qarşı cinayət işinin açılmasının oğullarının fəaliyyəti ilə bağlı olduğunu düşünürlər. Çeçenistan rəhbəri Ramzan Kadırov özü dəfələrlə Yanqulbayevləri “terrorçu” adlandırıb və onları “məhv etmək”lə hədələyib.
Mənbə: RTVI
Rəylər