Almaniyanın Hamburq şəhərində kapitalizm əleyhdarları G20 liderlərinin sammitinə qarşı etiraz aksiyası keçirirlər.
Oxu.Az-ın məlumatına görə, aksiya iştirakçıları polislərə daş və şüşə atırlar, avtomobillərə od vururlar, mağazaların vitrinlərini dağıdırlar.
Hüquq-mühafizə orqanları cavab olaraq etirazçılara qarşı su və gözyaşardıcı qazdan istifadə edirlər
Qeyd edək ki, kütləvi iğtişaşlar iyulun 6-da “Cəhənnəm gəzintisi” adlı aksiyadan sonra başlayıb.
Aksiyalar zamanı yüzdən çox polis işçisi xəsarət alıb. Almaniya hökumətinin məlumatına görə, etiraz aksiyalarında minlərlə insan iştirak edir.
S.B.
www.oxu.az