Cem Yılmaz sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəm olur. Xüsusilə izləyiciləri ilə ünsiyyət quraraq diqqət çəkən Türkiyənin məşhur gülüş ustası bu dəfə ona dələduzluq məqsədilə multimilyarder Bill Qeytsin adından göndərilən elektron məktubu paylaşıb.
“Twitter” hesabından paylaşım edən Yılmaz, “Fırıldaqçılığın keyfiyyəti belə aşağı düşüb. Bill Qeytsin adıyla e-mail göndərmək olar?”, - deyə təəccübünü gizlətməyib.
48 yaşlı Yılmazın paylaşımına qısa zamanda yüzlərlə şərh gəlib.
Az evvel bana gelen mail :)) ulan hersey paspallaştı dolandırıcılığın bile kalitesi düştü :) Bill Gates diye mail atılır mı ya. pic.twitter.com/gH0UUcMu92
— Cem Yılmaz (@CMYLMZ) February 21, 2022
Mənbə: “Haber Global”
Rəylər