Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri Li Çje Myona təcili tibbi yardım göstərilib, hazırda siyasətçinin həyatı üçün təhlükə yoxdur.
Bu barədə “Toburo” Demokratik Partiyasının sözçüsü bildirib.
Onun sözlərinə görə, Myonun boyun damarı zədələnib, bu da qanaxma və ya ağır qan itkisi ehtimalını artırır.
Siyasətçinin paytaxt xəstəxanasında əməliyyat olunacağı gözlənilir.
Qeyd olunur ki, müxalifət liderinə hücum edən şəxs ona avtoqraf almaq məqsədilə yaxınlaşıb və əlindəki əşya ilə onu boğaz nahiyəsindən yaralayıb. Hadisəni törədən şəxs danışmaqdan və hadisənin motivlərini açıqlamaqdan imtina edib.
Mənbə: Yonhap
09:32
Koreya Respublikasının əsas müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myon Busana səfəri zamanı hücuma məruz qalıb.
Bununla bağlı yayılan kadrlardan görünür ki, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq xəsarəti yetirir.
Li Çje Myon hadisədən 20 dəqiqə sonra xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.

Mənbə: Yonhap