Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən Baş nazir Han Duk Su istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edək ki, iyunun 3-də Cənubi Koreyada prezident seçkisi keçiriləcək.
Xatırladaq ki, aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok Yolun impiçmentini təsdiqləyib və onu hakimiyyətdən kənarlaşdırıb. Ardınca parlamentin qərarı ilə onun vəzifəsini müvəqqəti olaraq ölkənin baş naziri icra edirdi.