Cənubi Koreyada “Omikron” variantının təsiri ilə pandemiyanın başlanğıcından bəri ən yüksək gündəlik yoluxma faktı qeydə alınıb.
Ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (KDCA) son 24 saatda 56 min 297 yeni yoluxmanın aşkarlandığını açıqlayıb.
Bununla da, Cənubi Koreyada indiyədək koronavirusa tutulanların ümumi sayı 1 milyon 350 min 630 nəfərə yüksəlib.
Səlahiyyətlilər xəbərdarlıq ediblər ki, bu ayın sonuna qədər gündəlik yoluxma hallarının sayı 170 minə çata bilər.
Qeyd edək ki, bu günə qədər ölkədə 7081 nəfər virusdan dünyasını dəyişib.
Təxminən 52 milyon əhalisi olan ölkədə 44 milyondan çox insan virusa qarşı peyvənd olunub.
Mənbə: TRT