Cənubi Osetiya hakimiyyəti bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirməyə hazırlaşır, dəqiq vaxt hələ müəyyən edilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində tanınmamış Cənubi Osetiya respublikasının “prezidenti” Leonid Tibilov bildirib.
“Biz artıq vaxtı müzakirə edirik. Hansısa konkret vaxtı demək olmaz. Amma bu yaxın gələcəkdə baş verəcək, avqusta qədər planlaşdırırıq”, - Tibilov deyib.
Martın sonunda Rusiya prezidenti Vladimir Putin Leonid Tibilov ilə görüşdə Rusiyanın Cənubi Osetiyaya 2016-cı ildə dəstəyi 8,2 milyard rubldan ibarət olduğunu bildirib.