Moskvada çılpaq kişi ABŞ səfirliyinin ərazisinə girməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir.
Kişi öz hərəkətini təqib edildiyi üçün səfirlik ərazisində gizlənməyi qərara alması ilə izah edib.
Hal-hazırda kişi psixiatrik xəstəxanaya yatırılıb.
Qeyd edək ki, istənilən ölkədə diplomatik nümayəndəliyin ərazisi, maraqlarını təmsil etdiyi ölkəyə aiddir.