Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çin ABŞ-nin rüsum təzyiqlərini "şantaj" adlandırdı
Çin hakimiyyəti Prezident Donald Trampın proteksionist siyasəti nəticəsində artıq mütəmadi hal alan ABŞ-nin artan təzyiqlərinə dözmək niyyətində deyil.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Kommersiya Nazirliyindən məlumat verilib.
Nazirlik Trampın Çindən idxal olunan mallara 50%-lik rüsum tətbiq etmək hədələri ilə bağlı bəyanat dərc edib.
"Birləşmiş Ştatlar Çinə qarşı tarifləri artırmaqla hədələyir. Bu, təkrar səhvdir və ABŞ tərəfinin şantaj mahiyyətini bir daha ortaya qoyur, Çin isə bununla heç vaxt barışmayacaq", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, əgər ABŞ dediyində israr etsə, Çin "sona qədər" onlara qarşı çıxmağa məcbur olacaq. Kommersiya Nazirliyi ABŞ-nin yeni tariflərini "birtərəfli hədə-qorxu" adlandırıb və buna cavab olaraq Pekinin öz suverenliyini, təhlükəsizliyini və milli inkişaf maraqlarını qorumaq, "beynəlxalq ticarətdə normal nizamı" saxlamaq üçün əks tədbirlər görəcəyini vurğulayıb.
"Çin bir daha bəyan edir ki, ticarət müharibəsində qaliblər və proteksionizmin çıxış yolu yoxdur. Təzyiqlər və təhdidlər Çin ilə iş aparmaq üçün yanlış üsuldur. Biz israr edirik ki, ABŞ səhv addımlarına dərhal düzəliş versin, Çinə qarşı bütün birtərəfli tarifləri qaldırsın, ölkəmizə iqtisadi və ticarət təzyiqlərini dayandırsın", - deyə qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Pekinin öz cavab tariflərini qaldırmayacağı təqdirdə, Çindən gələn mallara əlavə 50% rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.
"Ticarət müharibəsi" teqi üzrə xəbərlər
- Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı, Trampın "boz kardinal"ı kimdir?
- Neftin qiyməti 50 dollaradək enə bilərmi?
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində