Öz əmisini edam etdirən Şimali Koreya prezidenti Kim Çen Inın edamı necə reallaşdırdığı barədə indiyədək müxtəlif versiyalar irəli sürülüb.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Çin mediası daha qorxunc təfərrüatlar ortaya çıxarıb.
İddiaya görə, Şimali Koreya lideri öz əmisi Çan Son Txeki beş köməkçisi ilə birlikdə “quan-jue” deyilən qan donduran üsulla qətlə yetirib.
“Quan-jue” ifadəsi “itlərə yem” mənasını verir. Kim Çen Inın əmisi 5 köməkçisi ilə birgə 3 gün ac saxlanılıb. Şimali Koreya lideri 300 işçisi ilə birlikdə lüm-lüt soyundurulan 6 nəfərin 120 it tərəfindən parçalanmasına tamaşa edib.
Qeyd edək ki, edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. O dekabrın 9-da istefaya göndərilib. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.