Bu gün axşam saatlarında Bakı dairәvi yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “Chevrolet” markalı avtomobil yol kənarındakı metal arakәsmәlәrә çırpılıb.
Hadisә nәticәsindә maşında olan 2 kişi həlak olub, qadın sərnişin isə ağır yaralanıb.
Maşında sıxılıb qalmış cәsәdlәr yaxınlıqdakı vətəndaşlar tәrәfindәn çıxarılıb.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəzada yaralanan şəxs 45 yaşlı Validə Məstəliyevadır.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya uğrayan avtomobildə olan sərnişinlər eyni ailənin üzvləri olublar. Ata və oğul hadisə yerində dünyasını dəyişib, ana Validə Məstəliyeva isə ağır yaralanıb.