İlin ən möhtəşəm konserti baş tutdu.
Sizə dünya şöhrətli ulduz Tarkanın “Rixos Quba Azərbaycan” otelində dekabrın 31-də təşkil olunan konsert proqramı barədə xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, meqastar Tarkan Yeni ili Qubada, azərbaycanlılarla birlikdə gözoxşayan performans ilə qeyd etdi.
Türkiyəli ulduz repertuarına daxil olan ən sevilən mahnılarını dekabrn 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində səsləndirdi.
Gecədə Türkiyənin ən məşhur Dj-i, Burak Yeterin iştirakı ilə səhərə qədər non-stop DJ Party və bir çox digər sürprizlər oldu.
Həmin konsertdən olan fotosessiyanı eksklüziv olaraq Oxu.az təqdim edir:
Aytən Sadıqzadə
www.oxu.az