Rusiyaya Çindən müxtəlif kanallar vasitəsilə 150 milyon tibbi maska gətirilib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.
Putin həmçinin, çıxışı zamanı fevral ayında Uhanda epidemiya zamanı Moskvanın da Çinə dəstək olduğunu və iki milyon maska göndərdiyini qeyd edib.