Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çində 34 milyon dollar mənimsəmiş məmura ölüm cəzası verildi
Çində dövlət qulluqçusu Lyu Handun barəsində ölüm hökmü çıxarılıb.
Oxu.Az Çinin dövlət televiziyasına istinadla xəbər verir ki, o, 34 milyon dollar mənimsəməkdə təqsirkar bilinib.
L.Handun 1999-2023-cü illər ərzində fiziki və hüquqi şəxsləri vergidən azad edərək onlara torpaq sahələri almağa, habelə bizneslə məşğul olmağa köməklik edib.
Cinayət əməllərinin üstü açılan məmur məhkəmədə peşman olduğunu söyləyib və günahını etiraf edib. Lakin bu, L.Handunu ölüm cəzasından xilas etməyib. Bundan başqa, onun mənimsədiyi pullar və mülklər geri alınıb.
"Çin" teqi üzrə xəbərlər
- ABŞ senatoru Rusiya və Çini "Signal" mesencerinə müdaxilə etməkdə ittiham edir
- ABŞ Qrenlandiyadan casusluq etmək üçün istifadə edə bilər
- Çində dəhşətli hadisə: Sorma konfet 6 yaşında uşağın beynini zədələyib
- "TikTok"un yaradıcısı Çinin ən varlı adamı oldu
- Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək
Ən çox oxunanlar