Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çində bir gündə baş verən dörd zəlzələ Qırğızıstanda da hiss olunub
Bu gün gecəyarısından etibarən Çində dörd zəlzələ baş verib, onların hamısı Qırğızıstanda hiss olunub.
Bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu xəbər verib.
Məlumata görə, Çində təxminən altı bal gücündə olan zəlzələ Qırğızıstanın Bedel kəndlərində - 4,5 bal, Ak-Şıyrak və Kumtorda təxminən dörd bal gücündə hiss olunub. Çində 4,5 bal, 4,2 bal və 4,0 bal gücündə üç zəlzələ baş verib ki, bu da Qırğızıstan kəndlərində müvafiq olaraq üç və 2,5 bal gücündə hiss olunub.
Xatırladaq ki, Qırğızıstanda yanvarın 23-də on (birincisi Bişkekdə hiss olunub), yanvarın 24-də beş, yanvarın 25-də isə səkkiz zəlzələ qeydə alınıb. Əksər hallarda episentr Çində olub.
Mənbə: Sputnik Qırğızıstan
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər