Xilasetmə işləri zamanı “Dunfançjisin” teploxodunun batdığı yerdə 20 nəfər xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yerli KİV-ə istinadən bildirib.
Qeyd edildiyi kimi, Çində Yantszı çayında batmış teploxodda 449 nəfər – turist, kruizi təşkil edən turizm şirkətlərinin nümayəndələri və gəmi heyəti olub, onların hamısı ÇXR vətəndaşları idi.
Xatırladaq ki, Çinin şərqində Yantszı çayında 400 nəfər sərnişin olna gəmi qəzaya uğrayıb.