Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çində güclü torpaq sürüşməsi baş verib: Ölənlər və yaralananlar var
Çinin mərkəzindəki Hunan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, altı nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Yerli vaxtla saat 19:28-ə (Bakı vaxtı ilə 16:28) olan məlumata görə, ərazidə xilasetmə işləri başa çatıb, 21 nəfər dağıntılar altından tapılıb, 15 nəfər ölüb, daha altı nəfər yaralanıb", - məlumatda bildirilir.
Yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 05:18) Çinin mərkəzindəki Yuelin kəndində (Hunan əyaləti) daşqın nəticəsində torpaq sürüşməsi baş verib.
"Çin" teqi üzrə xəbərlər
- Si Cinpin: "Ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur"
- Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb
- Prezident İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib
- Dünyanın ən nazik oyun smartfonu təqdim edildi
- Çin XİN ticarət müharibəsi barədə: "Qorunmaq üçün lazımi tədbirlər görülüb"
Ən çox oxunanlar