Çində həşəratlarla zəngin qəhvə satışa çıxarılıb.
Oxu.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Pekin Həşərat Muzeyi müştərilərinə əzilmiş tarakanlar və qurudulmuş un qurdları ilə dəmlənmiş qəhvə təqdim edir.
Muzeyin əməkdaşları bildirirlər ki, bu içki təhlükəsizdir və müalicəvi xüsusiyyətlərə malikdir. Tarakan tozunun qan dövranını yaxşılaşdırdığı, un qurdlarının isə immunitet sistemini gücləndirdiyi iddia olunur.
Xəbərdə qeyd edilir ki, qəhvənin tərkibinə qatılan böcəklər ənənəvi Çin tibb mağazalarından əldə edilir. Həşəratlardan hazırlanan qəhvənin bir fincanı təxminən 6 dollara müştərilərə təqdim olunur.