Çində bir evin həyətinə daxil olan vəhşi öküz azyaşlıya hücum edib.
“Haber Global”ın məlumatına görə, usağı buynuzları ilə dəfələrcə atıb-tutan heyvan bir müddət sonra həyətdən uzaqlaşıb.
Hücuma məruz qalan uşaq isə avtomobilin altında gizlənərək öküzün ayaqları altında ölməkdən qurtulub. Görüntülərdən onun ciddi xəsarətlər aldığı aydın şəkildə bilinir.