Ötən il ərzində Çin Xalq Respublikasında ümumdaxili məhsul istehsalının artımı proqnozlara uyğun olaraq, 6,9%-dək azalıb, “Sinxua” xəbər verir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 6,9% rəqəmi keçən ilki 7,3% ilə müqayisədə 1990-cı ildən bu tərəfə ən pis göstəricidir.
İlkin məlumata əsasən, ÇXR-da 2015-ci ildə ÜDM 67,67 trilyon yuan (10,3 trilyon dollar) təşkil edib.
Birinci və ikinci rübdə artım 7%-ə çatsa da, daha sonra 6,9% və 6,8%-ə enib.
Avropa komissiyasının analitikləri isə 2015-ci ildə Çində 6,8%, 2016 və 2017-ci illərdə isə 6,5% və 6,2% artım proqnozlaşdırırdılar.