Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çində "İt dağı"nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladı
Çində uzunluğuna görə dünyanın üçüncü çayı olan Yantszı boyunca yerləşmiş qeyri-adi dağın görüntüləri gündəm olub.
Bu barədə Oxu.Az Dzen.ru nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Şanxaydan olan dizayner Qo Sinşan Sevgililər Günü tətili zamanı Hubey əyalətinin İçan şəhərində yerləşən dağın fotosunu paylaşıb.
Görünüşünə görə itin başına bənzəyən və "İt dağı" adlanan yerin fotosu qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb.
Görüntülərdə bu təbiət mənzərəsi çaydan "su içən" və ya "balığa baxan" itin başını xatırladır.
"Bu, o qədər sehrli və şirin idi ki... Bunu kəşf etdiyim zaman çox həyəcanlı və xoşbəxt idim", - deyə Qo Sinşan bildirib.
Paylaşımdan sonra bir çox sosial şəbəkə istifadəçisi dağın qarşısında çəkdirdikləri fotoları yayımlayaraq, daha əvvəl onun itə bənzədiyinə diqqət etmədiklərini qeyd ediblər. Hətta bəziləri iddia edib ki, dağın forması illər ərzində dəyişib və bu onun sirrini daha da artırır.
Hazırda çox sayda turist və yerli əhali buraya şəkil çəkdirməyə gəlir, bəziləri hətta ev heyvanlarını da özləri ilə aparır ki, onları "daş it balası" ilə müqayisə etsinlər.
"Çin" teqi üzrə xəbərlər
- Myanmada zəlzələ nəticəsində ölənlərin sayı üç minə yaxınlaşıb
- Trampdan "TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"
- Myanmada güclü zəlzələdə ölənlərin sayı 2 000 nəfəri keçdi
- ABŞ senatoru Rusiya və Çini "Signal" mesencerinə müdaxilə etməkdə ittiham edir
- ABŞ Qrenlandiyadan casusluq etmək üçün istifadə edə bilər