Çin hakimiyyəti dövlətə məxsus "China Huarong International" maliyyə şirkətinin keçmiş baş direktoru Bay Tyanxueyu haqqında ölüm hökmünü icra edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Maliyyəçi 1.1 milyard yuan (260 milyon manatdan çox - red.) məbləğində rüşvət aldığına görə edam edilib.
2024-cü ilin mayında Tyantszin məhkəməsi Bay Tyanxueyunu korrupsiyada təqsirli bilərək, edam cəzasına məhkum edib. Onun keçmiş rəhbəri Lay Syaomin 2021-ci ildə oxşar cinayətlərə görə edam edilib.