Çində qəddar səhnənin əks olunduğu video KİV-də və sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, nənə öz nəvəsini ictimai yerdə döyüb.
Çin KİV-nin məlumatına görə, təqaüdçü qadının aqressiyasına səbəb qızın ondan qələm almaq üçün bir qədər pul istəməsi olub. Yoldan keçən şəxsin iradına cavab olaraq isə qadın evdə uşağı ağacla döydüyünü bildirib.