Çin Xalq Respublikasının lideri Si Cinpinə və onun siyasi baxışlarına həsr olunmuş “Böyük dövlətin öyrənilməsi” adlı tətbiq “App Store”un və “Android”in bir neçə tətbiq mağazasının Çin seqmentində ən çox yüklənən proqrama çevirilib.
“Meduza” nəşrinin məlumatına görə, tətbiq populyarlığına görə “WeChat” messencerini və “TikTok” sosial şəbəkəsini belə üstələyib.
Tətbiq yanvar ayında Çinin Kommunist partiyasının mərkəzi komitəsinin təbliğat bölməsi tərəfindən yanvar ayında işə salınıb. Tətbiq istifadəçiləri orada Si Cinpin haqqında xəbərləri oxuya, onun sitatları ilə tanış ola, “Si Cinpin vaxtı” teleproqramını izləyə və çinli liderin siyasi fəlsəfəsini öyrənə bilər.
Bundan savayı tətbiqə bir sıra sosial funksiyalar da quraşdırılıb. Məsələn, onunla bir çox messencerlərdəki kimi zəng etmək və ya ismarıc (o cümlədən Snapchat-da olduğu kimi yoxa çıxan ismarıclar) yollamaq olur.
Tətbiqdə qeydiyyatdan keçən zaman istifadəçinin həqiqi ad və soyadını və telefon nömrəsini yazması tələb olunur. İstifadəçi məqalələrin oxunması, şərhlərin yazılması və Siz Cinpin haqqında testdə iştirak etdiyinə görə müvafiq ballar toplayır.
“South China Morning Post” nəşrinin məlumatına görə, partiya üzvləri olan işçilərin gündəlik olaraq bu tətbiqdən istifadə edərək xal toplaması tələb olunur. Tətbiqin gələcək versiyalarında toplanan balları qiymətli hədiyyələrə dəyişdirmək mümkün olacaq.
Rəylər