Çin hakimiyyəti ölkənin cənubundakı Quansi-Çjuan muxtar bölgəsində "Narra" (çincə "Tszıtan") tayfunu səbəbindən 54 000 insanı təxliyə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyasından məlumat verilib.
Məlumata görə, bu tədbirlər güclü yağışlar və lokal daşqın təhlükəsi səbəbindən görülüb. Bəzi yaşayış məntəqələrində artıq genişmiqyaslı daşqınlar barədə məlumat verilib.
Rəsmi məlumatlara görə, göstərilən bölgədə 61 000 sakin yüksək risk zonasındadır. Səlahiyyətli dövlət müəssisələri itkilərin qarşısını almaq və fəlakətdən maddi ziyanı minimuma endirmək üçün tədbirlər görməyə davam edirlər.
Qeyd edək ki, hər yay Çin güclü yağışlar səbəbindən mənfi təsirlərlə üzləşir. Hökumətin hesablamalarına görə, təkcə iyul ayında müvafiq dövlət qurumları Çində təxminən 2.5 milyon insanı təxliyə edib. Son bir ay ərzində tayfunlar, güclü yağışlar, torpaq sürüşmələri, qasırğalar və digər təbii fəlakətlərin ölkəyə vurduğu iqtisadi ziyan 57 milyard yuandan (8.4 milyard ABŞ dolları) çox qiymətləndirilir.