Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin və cəsədləri dağıntılar altından xilasedicilər tərəfindən çıxarılanların sayı 31-ə çatıb.
10-dan çox itkin düşmüş şəxsin axtarışları davam edir. Əməliyyatda mindən çox insan, 80-ə yaxın xilasedici it, 150 texnika - ekskavatorlar, buldozerlər və yük maşınları iştirak edir.
Çin prezidenti Si Cinpin Yunnanda sürüşmə yerində axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün maksimum səy göstərməyi əmr edib.
Mənbə: TASS
11:36
Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, xilasetmə işləri davam edir.
Hadisə yerində 1000-dən çox insan axtarış-xilasetmə işləri aparır, işə hərbçilər cəlb olunub.
Qeyd edək ki, fövqəladə hadisə bazar ertəsi Pekin vaxtı ilə saat 05:51-də (Bakı vaxtı ilə 01:51) Çjaotonq şəhəri yaxınlığındakı Lyanşuy kəndində baş verib. Səlahiyyətlilər itkin düşənlərin axtarışı və xilas edilməsi üçün bir neçə qurumun resurslarını səfərbər ediblər. Yüzlərlə insan təbii fəlakət zonasından təxliyə edilib.
Çinin Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün maksimum səy göstərilməsi barədə göstəriş verib.
Mənbə: TASS