Çinin Sintszyan-Uyğur muxtar rayonunda baş verən 5,5 maqnituda gücündə zəlzələ nəticəsində ən azı 180 ev dağılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, son məlumata görə, zəlzələ nəticəsində 8 nəfər ölüb, 20-dən çox yaralanan var. Ümumilikdə zəlzələdən 789 yerli sakin zərər çəkib.
Zəlzələnin episentri 8 km dərinlikdə olub.
N.О.
www.oxu.az