Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çindən ikinci əl avtomobil ixracı rekordu
2024-cü ildə Çin təxminən 400 min işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 45% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya "Nikkei" nəşri müvafiq ticarət təşkilatlarının məlumatlarına istinadən yazır.
Bildirilir ki, bu, belə tədarüklər üçün rekord rəqəmdir.
Nəşrin məlumatına görə, Çindən işlənmiş avtomobillərin alınmasına ən çox Mərkəzi Asiya ölkələri və Rusiya maraq göstərir. Qırğızıstan, Rusiya və Özbəkistan Çinin ümumi işlənmiş avtomobil ixracının təxminən yarısını təşkil edir.
Qəzet qeyd edir ki, 2023-cü ildə Çin yeni avtomobillərin ixracına görə Yaponiyanı keçərək dünya lideri olub. Çinin yeni avtomobillərinin artan populyarlığı indi işlənmiş avtomobil bazarına da yayılır.
"Avto-moto" teqi üzrə xəbərlər
- Avtomobili çəndə az yanacaqla sürməyin: Ciddi problemlər yaranır
- Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Aldadıla bilərsiniz
- Avropada minik avtomobillərinin istehsalı minimum səviyyəyə düşüb
- "Volvo EX90" elektrokarı satışa çıxarılarkən ciddi problemlə üzləşib
- Dünyada yeddi dənə olan avtomobilin səkkizincisini Hindistanda kustar üsulla düzəltdilər