Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbəsi
Çin sentyabrın 24-dən ABŞ mallarına gömrük rüsumlarını artıracaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının tarif komitəsinin yaydığı məlumatda deyilir.
Ümumi dəyəri 60 milyard dollar olan mallara gömrük rüsumları 5 və 10 faiz artırılacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Çin mallarına yeni rüsumlar tətbiq etdiyini açıqlayıb. Tramp Çin lideri Si Tzinpinə hörmət etdiyini, lakin ABŞ-ın daha Çinə qarşı köhnə ticarət siyasəti yürüdə bilməyəcəyini bildirib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər