Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çini vuran Qaemi tayfunu böyük itkilərə səbəb olub
İyulun 25-də axşam saatlarında Çinin şərqindəki Futszyan əyalətinin sahillərini vuran "Qaemi" qasırğası bölgəyə 1.6 milyard yuandan (224.3 milyon dollar) çox birbaşa iqtisadi ziyan vurub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yerli daşqınlara nəzarət qərargahının məlumatına görə, ümumilikdə, son bir neçə gün ərzində əyalət hakimiyyəti potensial təhlükəli ərazilərdən 312 mindən çox insanı təxliyə etməyə məcbur olub. 766 mindən çox sakin təbii fəlakət zonasında olub və zərər çəkib.
İyulun 25-də güclü külək səbəbindən bir neçə onlarla bərə marşrutu üzrə hərəkət dayandırılıb, 100-ə yaxın reys təxirə salınıb. Həmin gün əyalətdə bütün istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.
Çinin materik hissəsini vurmazdan əvvəl tayfun İlan qəzası yaxınlığında Tayvanın şərq sahillərini vurub. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 10 nəfər həlak olub, 890 nəfər xəsarət alıb. Materik hissədə ölən və yaralananlar barədə məlumat verilmir.
"Çin" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
- Ayın əks tərəfindən gətirilən torpaq nümunələri Çində ictimaiyyətə təqdim edildi
- Çin Trampın ABŞ ilə tarif danışıqları üzrə iddiasını təkzib etdi
- ABŞ Çinlə potensial münaqişənin qarşısını almaq istəyir
- Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər