Çinin cənub-qərbindəki Çunçin bələdiyyəsində binanın uçması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Fövqəladə hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 08:10) Ulun ərazisində baş verib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, yeməkxananın yerləşdiyi binadakı partlayışa qaz sızması səbəb ola bilər.
13:40
Çinin mərkəzi hissəsində yerləşən Çunçin şəhərində partlayış baş verib.
Mövcud məlumata görə, Ulun rayonunda baş verən hadisə nəticəsində insanlar dağıntılar altında qalıb, onların sayı hələlik məlum deyil.
Hadisə yerində təcili yardım briqadaları və xilasetmə xidmətinin əməkdaşları işləyir.
2020-ci il Çində Milli Siyahıyaalmaya görə Çunçində 32 milyondan çox insan yaşayır.
Mənbə: RİA Novosti