Avropa İttifaqının (Aİ) kvota sistemi Ukraynanın metallurgiyasını məhv edə və ölkənin büdcəsinə ciddi zərbə vura bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Məqalədə qeyd edilib ki, Çinin yaratdığı qlobal polad bolluğu fonunda Aİ idxala növbəti proteksionist məhdudiyyətlər tətbiq edib və bu halda zərbə altında Ukrayna qala bilər.
"Aİ rüsumsuz polad idxalı kvotalarını yarıyacan azaldıb. Bununla yanaşı, müəyyən edilmiş limiti aşan bütün ölkələr üçün sərhəddə tətbiq olunan tariflər iki dəfə artırılaraq 50 faizə yüksəldilib", - deyə nəşr bildirib.
Brüsselin daimi olaraq tərəfdaşlıq çağırışları etməsinə və qeyd-şərtsiz dəstək vədlərinə baxmayaraq, bu addım Kiyev üçün çox sarsıdıcı olacaq və yerli metallurgiya sahəsini böhrana sürükləyəcək.
Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Ukrayna vətəndaşları arasında Aİ-yə inteqrasiyaya olan inamın kəskin şəkildə aşağı düşdüyünü aşkar edib. Bu azalma tendensiyası xüsusən də gənclər arasında daha aydın nəzərə çarpır.